Binəqədidə səyyar görüş

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin Biləcəri qəsəbə sakinləri ilə səyyar görüşü olmuşdur.Görüş qəsəbədəki 301 saylı məktəbin akt zalında keçirilmişdir.
İcra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıətrafı qəsəbələrin sosial-iqtisadi cəhətdən daha da inkişaf etdirilməsi üçün göstərdiyi diqqət və qayğıdan, bununla bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. A.Qocayev, eyni zamanda, Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş məqsədyönlü dövlət proqramlarının ölkəmizin, onun regionlarının sürətli inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.Başçı qeyd etmişdir ki, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin bütün regionlarında olduğu kimi, Bakıətrafı qəsəbələrin abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına təkan vermiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.Bu sahədə işlərin kompleks şəkildə davam etdirilməsi məqsədilə dövlət başçısının sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Bakıətrafı qəsəbələrdə elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılacaq, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması layihələri həyata keçiriləcək, ekoloji vəziyyət daha da yaxşılaşdırılacaq, ən müasir sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikiləcək və ya beynəlxalq standartlara uyğun yenidən qurulacaq, yeni iş yerləri və müəssisələr açılacaq, əhalinin məşğulluq səviyyəsi daha da artacaqdır.
Görüşdə Biləcəri sakinlərindən Valeh Əliyev, Həsən Qasımov, Səkinə Zeynalova, Lətifə Babayeva və başqaları dövlət başçısının Bakıətrafı yaşayış məntəqələrinə göstərdiyi diqqəti xüsusi vurğulamış, yaşadıqları qəsəbədə sosial-iqtisadi inkişafla bağlı son vaxtlar görülən işlərdən danışmış, ərazinin daha da abadlaşdırılması ilə əlaqədar fikir və mülahizələrini bildirmişlər.
Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş, onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında