Həştərxanda Heydər Əliyev adına Parkın açılışı olmuş, Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulmuşdur

Mayın 19-da "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Volqa körfəzi yaxınlığındakı Sahil küçəsində Heydər Əliyev adına Parkın təntənəli açılışı olmuşdur. 
Tədbirdə forumda təmsil olunan Azərbaycan və Rusiya nümayəndə heyətləri, Həştərxan Vilayətindəki Azərbaycan diasporunun üzvləri, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərin Həştərxanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il açılmış abidəsi önünə əklillər və güllər qoymuşlar.
Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin təntənəli tədbiri açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın açılışı Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzidir. Qubernator layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici Ölkələrlə Mədəni və Regionlararası Əlaqələr üzrə İdarəsinin rəisi, Rusiya nümayəndə heyətinin başçısı Sergey Vinokurov bildirmişdir ki, parkın açılışı Rusiyanın ictimai-siyasi həyatında əlamətdar hadisədir. O demişdir: "Parkın açılışı ölkələrimiz, xalqlarımız arasında münasibətlərin, regionlararası əməkdaşlığın tarixində daha bir parlaq səhifədir. Bu, Rusiya-Azərbaycan dostluğunun xoş nişanəsidir".
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək xatırlatmışdır ki, ötən il məhz burada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Dahi liderin həyat və fəaliyyətinin bir sıra məqamlarından danışan Əli Həsənov vurğulamışdır ki, görkəmli dövlət xadimi siyasi müdrikliyə, geniş dünyagörüşünə malik idi. Ulu öndər Azərbaycana rəhbərliyə qayıdandan sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynamış, ölkələrimiz arasında strateji əməkdaşlığın təməlini qoymuşdur. O demişdir: "Ulu öndərin səyləri sayəsində Azərbaycan-Rusiya münasibətlərini kökündən yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni impuls vermək mümkün olmuşdur. Çox sevindirici haldır ki, Həştərxanda 11 nömrəli məktəb Heydər Əliyevin adını daşıyacaqdır". Əli Həsənov əlavə etmişdir ki, Rusiya Prezidenti Dmitri Medvedevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdikləri siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Sonra Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulmuşdur. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirəcəkdir. Azərbaycan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri Əli Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında deyilir ki, bu körpü Rusiya və Azərbaycan xalqlarının möhkəm dostluq münasibətlərinin əyani göstəricisi olacaqdır. Körpünün tikintisini sentyabrda başa çatdırmaq nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında