Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov "Şəhər su təchizatı və kanalizasiya" layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdur.
MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov "Şəhər su təchizatı və kanalizasiya" layihəsinin icrası barədə məlumat vermişdir. Qeyd etmişdir ki, layihənin birinci mərhələsində 2,88 kilometr uzunluğunda suqəbuledici qurğunun, Babək rayonunun Şıxmahmud kəndi ərazisində həcmi 10 min və 5 min kubmetr olan su anbarlarının tikintisi, suqəbuledicidən su anbarlarınadək 6,35 kilometr boru xəttinin, su anbarlarından Naxçıvan şəhərinədək uzunluğu 7,5 kilometr olan qoşa boru xəttinin çəkilişləri başa çatdırılmışdır. Naxçıvan şəhərdaxili kanalizasiya şəbəkəsinin uzunluğu 195 kilometr, su şəbəkəsinin uzunluğu 222 kilometr, ümumi ev birləşmələrinin sayı isə 17 min 81-dir.
Layihənin ikinci mərhələsində 18 min 355 metr kanalizasiya, 21 min 572 metr su şəbəkəsinin tikintisi və 2.810 ev birləşmələrinin qoyulması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Hazırda Naxçıvan şəhərinin Babək, Əlincə və Atabəylər məhəllələrində su və kanalizasiya şəbəkələrinin tikintisi uğurla davam etdirilir. Bugünədək 14 kilometr kanalizasiya xəttinin, 9,5 kilometr su xəttinin çəkilişi başa çatdırılmış, 10 min kubmetr həcmi olan su anbarının tikintisində son tamamlama işləri görülür. Gələcəkdə layihə çərçivəsində 176,6 kilometr kanalizasiya, 200,8 kilometr uzunluğunda su şəbəkələrinin tikintisi, 14 min 271 ədəd ev birləşmələrinin qoyulması həyata keçiriləcəkdir.
Ali Məclisin sədri su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğaclarına, borulara, quyu qapaqlarına, yanğın hidrantlarına və digər avadanlığa baxmışdır. Məlumat verilmişdir ki, layihənin icrası gedişində diametri 110 millimetrdən 1000 millimetrədək olan borulardan istifadə edilir. Su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətinə ciddi diqqət yetirilir.
Ali Məclisin sədri Naxçıvan şəhərinin Babək məhəlləsində su xəttinin çəkilişi, mənzillərdə su sayğaclarının quraşdırılması ilə maraqlanmış, şəhərdaxili magistral su və kanalizasiya şəbəkələrinin çəkilişinin 2012-ci ilin mayınadək başa çatdırılması, sənaye müəssisələrinə də su və kanalizasiya xətlərinin çəkilməsi barədə tapşırıqlar vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında