Berlində Avropa Xəbər Agentlikləri Alyansının konfransı və Baş Assambleyası keçirilir

Mayın 19-da Almaniyanın Berlin şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı öz işinə başlamışdır.
Konfransda Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanov təmsil edir.
EANA-nın prezidenti, Finlandiyanın STT-Lehtikuva agentliyinin baş direktoru Mika Petterson konfransı giriş sözü ilə açaraq nümayəndə heyətlərini salamlamış, müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir.
Tədbirin birinci hissəsində Avstriyanın APA agentliyinin baş direktoru Piter Kropş, Avstraliyanın Assoşieyted Press Agentliyinin rəhbəri Brus Devidson və Almaniyanın dpa agentliyinin icraçı direktoru Maynolf Ellers təqdimatlarla çıxış etmişlər.
Səhər iclasından sonra konfrans iştirakçıları dpa agentliyinə gələrək Avropanın bu nüfuzlu informasiya qurumunun fəaliyyəti və iş şəraiti ilə yaxından tanış olmuşlar.
Konfransın axşam iclasında Thomson-Reuters-in icraçı direktoru Kristof Pleytgen, Assoşieyted Press-in birinci vitse-prezidenti Loren Çiçovski, vitse-prezident Sri Kasi və İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Tod Martin təqdimatlar etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında