Qafqaz Müsəlmanları İdarəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Daşkənd İslam İnstitutunun müəllim və tələbələri ilə görüşmüşdür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti Buxara və Səmərqənd şəhərlərindən sonra Daşkəndə gəlmişdir. 
Nümayəndə heyətinin üzvləri paytaxtdakı İmam Buxari adına Daşkənd İslam İnstitutunun müəllim və tələbələri ilə görüşmüşlər.
İnstitutun rektoru Xaydarxon Yuldaşxocaev vaxtilə bu təhsil ocağında təhsil almış din xadimlərini salamlamış, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən ali məktəblərlə əlaqələrin inkişafından məmnun olduğunu bildirmişdir. O, institutdakı tədris prosesi haqqında məlumat vermiş, dövlətin dini məktəblərə qayğısı haqqında danışmışdır.
Dİİ-nin tələbəsi Şavqat Apisov din xadimlərini Özbəkistanda görməkdən məmnunluq ifadə etmiş, belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyinə toxunmuşdur.
Allahşükür Paşazadə demişdir ki, biz Özbəkistana səfərimizi Buxara şəhərindən başladıq, Səmərqənddə olduq və çox şadam ki, bu gün vaxtilə təhsil aldığım institutun tələbə və müəllimləri ilə, dostlarımla birlikdəyəm. Mən bu institutda təhsil alarkən kitablardan və müəllimlərimdən əlavə özbək xalqından da çox şey öyrənmişəm. Ölkələrimiz arasında əlaqələrin inkişafından danışan A.Paşazadə tələbəlik dövrü ilə bağlı xatirələrini də söyləmişdir.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov belə səfərlərin tez-tez keçirilməsi vacibliyinə toxunmuşdur.
Qaraçay-Çərkəz, Dağıstan və Çeçenistanın müftiləri İsmayıl Berdiev, Əhməd Abdullaev və Sultan Mirzaev özbək xalqına minnətdarlıq etmişlər.
Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr verilmiş, Allahşükür Paşazadəyə isə təhsil illəri və Daşkəndə səfərləri ilə bağlı fotoalbom, həmçinin Usmanxon Alimovla birlikdə çəkilmiş tablo hədiyyə olunmuşdur.
Tələbələr İmam Buxarinin əsərləri əsasında teatrlaşdırılmış səhnələr göstərmişlər.
Qonaqlar Həzrəti İmam kompleksində olmuş, Muyi Mübarək mədrəsəsinə baxmışlar.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri

{nl}

Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında