Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozmuşlar

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 17.50-dən 18.00-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi, saat 19.00-dan 19.20-dək Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi, saat 15.05-dən 15.32-dək və 15.45-dən 16.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ermənilər cəbhənin digər istiqamətlərində də atəşkəsi pozmuşlar.
Ermənistan silahlı birləşmələrinin hissələri mayın 18-də saat 20.30-dan 20.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, mayın 19-da isə saat 00.50-dən 01.05-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında