Ağsaqqallar razılıqlarını bildirmişlər

Astara ölkəmizin uzunömürlü insanları çox olan, ağsaqqal və ağbirçəklərə yüksək hörmət-izzətlə yanaşılan, onların hər bir fikrinə dəyər verilən rayonlarındandır. Rayonun yeni rəhbərliyi ilə görüşdə də qeyd edildiyi kimi, böyük sözünün, ağsaqqal tövsiyəsinin hər bir işin uğurla nəticələnməsinə, çətinliklərin asanlıqla dəf edilməsinə əvəzsiz köməkliyi olur.  
Görüşü açan rayon icra hakimiyyətinin yeni başçısı Taleh Qaraşov bu kimi tədbirlərin əhəmyyətini qeyd etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar görüləcək işlər və mövcud problemlərin həlli ilə bağlı ağsaqqalların sözünə, təklif və məsləhətinə ehtiyac olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev həmişə ağsaqqallara, yaşlı nəslə qayğı və diqqət göstərilməsini əsas vəzifə kimi qarşıya qoymuş, bu işdə daim şəxsi nümunə göstərmişdir. Çox fərəhli haldır ki, ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ənənəyə sadiq qalaraq ağsaqqalların qayğı və ehtiyaclarının təmin edilməsinə, onların hörmətinin uca tutulmasına xüsusi önəm verir.
Astara rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, şəhər sakini Həsən İbrahimov, Kijəbə qəsəbəsindən Amil Dədəyev, Ərçivan kəndindən Əli Kərimov, Siyakudan Fərrux Muradov, Şiyəkərandan Kazım Əliyev, Pensərdən İskəndər Fərzullayev, Suparibağdan Nəriman Məmmədov çıxış edərək rayon ağsaqqalları ilə bu görüşü təşkil etdiyinə görə, onlara səbrlə qulaq asıb, qaldırılan təkliflərə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar bütövlükdə ölkədə, o cümlədən Astara rayonunda aparılan geniş quruculuq və abadlıq işlərindən, xalqın rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial proqramların uğurlu nəticələrindən razılıqla söhbət açmışlar.
Ağsaqqallarla görüşdə rayonun bundan sonra daha sürətli inkişafı məqsədilə maraqlı təkliflər irəli sürülmüşdür. Rayonda əhaliyə verilən torpaqlardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin yaradılması, kəndarası yolların asfaltlaşdırılması, Xəzər dənizinin sahilində və İstisu ərazisində müasir turizm-istirahət zonalarının təşkili, dünyasını dəyişmiş müdrik insanların xatirələrinin yad edilməsi, onların adlarının əbədiləşdirilməsi barədə təklif, rəy və arzular ifadə olunmuşdur.
Rayon icra hakimiyətinin başçısı Taleh Qaraşov tədbirə yekun vuraraq ağsaqqallarla keçirilən görüşdən razı qaldığını, burada qaldırılan bütün təkliflərin nəzərə alınacağını, imkan daxilində həyata keçirilməsi üçün ciddi səylər göstərəcəyini bildirmişdir. Görüşdə xüsusi qeyd edilmişdir ki, ağsaqqallar yaşadıqları ərazidə əhali arasında daha geniş izahat və maarifləndirmə işləri aparmalı, fəal mövqe tutmalı, gənclərin tərbiyəsi kimi çox aktual məsələyə daha çox diqqət yetirməlidirlər.
Ağsaqqallarla görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə üzvləri iştirak etmişlər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında