Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbul olmaq istəyən şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan etmişdir.
Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş 454 namizəddən 2011-ci il mayın 18-də saat 10-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçirilən test imtahanında 442 namizəd iştirak etmişdir.
İmtahanı müxtəlif hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.
İmtahan başa çatdıqdan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasında elektron hesablayıcı maşınlar vasitəsilə namizədlərin cavab kartları yoxlanılmış və müsabiqənin ikinci mərhələsi - yazılı imtahanda 299 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.
Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.
Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında