Azərbaycan Fövqəladə Hallar Nazirliyi Şamaxıya yardım göndərib

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı rayonunda yağan dolu nəticəsində zərər çəkən evlərin bərpası üçün yardım göndərib. APA-nın xəbərinə görə, şifer örtüklərinin ilk partiyası dünən FHN-in Maddi-Texniki Təchizat İdarəsinin Bakıdakı bazasından yola salınıb. 
İdarə rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında deyib ki, 19 min ədəd şifer 44 maşınla Şamaxıya göndərilib. Onun sözlərinə görə, bu yardım dövlət başçısının tapşırığına əsasən Şamaxıda zərər çəkən evlərin təmiri üçün nəzərdə tutulub.
Rayonda yağan dolu nəticəsində neçə evə ziyan dəyməsi ilə bağlı yaradılan komissiyanın hazırda araşdırma apardığını deyən A. Teymurov komissiyada nazirlik nümayəndələrinin də təmsil olunduğunu açıqlayıb.
İdarə rəisi qeyd edib ki, ehtiyac yarandığı halda rayona yenidən yardım göndəriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında