Konstitusiya Məhkəməsi Palatasının iclasları olmuşdur

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir. 
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII hissələrinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına, Mülki Məcəllənin 152-ci, 1166-cı və 1176-cı maddələrinə uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna; Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci və 26.1-ci maddələrinin şərh edilməsinə dair müraciətlərinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 8-nə təyin edilmiş iclasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə, iyunun 10-da İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna, iyunun 16-da isə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında