Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfrans keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Konfransın təşkilatçıları AMEA İnformasiya Texnologiyaları və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutlarıdır.
Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev "İnformasiya Cəmiyyətinin elmi-nəzəri və texnoloji əsasları" mövzusunda məruzə etmişdir. Tədbirin əhəmiyyətini vurğulayan məruzəçi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İnformasiya Cəmiyyətinin (İC) qurulması istiqamətində uğurlu, məqsədyönlü tədbirlərin həyata keçirilirdiyini bildirmişdir.
Alim İC və İnformasiya Texnologiyalarının (İT) elmi problemlərinin AMEA-nın Rəyasət Heyəti, Bölmə və Problem Şurasının iclaslarında geniş müzakirə olunduğunu, alimlərimizin və kollektivlərin bu istiqamətdə vəzifələrinin müəyyən olunduğunu, müvafiq təklif və tövsiyələrin işləndiyini vurğulamışdır.
O, "E-Azərbaycan" Dövlət Proqramının ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması nöqteyi-nəzərindən əhəmiyyətini İC-nin qurulması istiqamətində dövlət, biznes sektorları və QHT-lər arasında işgüzar münasibətlər və həmrəyliyin formalaşması ilə izah etmişdir. O, demişdir ki, bu həmrəyliyə misal keçirdiyimiz respublika toplantısıdır. İC-nin qurulması işlərinə təkcə texnoloqlar deyil, sosioloqlar, filosoflar, iqtisadçılar, hüquqşünaslar, pedaqoqlar, jurnalistlər və sair cəlb olunmuşlar.
İC quruculuğu sahəsində qarşıda duran vəzifələr və gələcək perspektivlər haqqında danışan R.Əliquliyev vurğulamışdır ki, əlamətdar gün "Kənd yerlərində İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə həyat daha yaxşıdır" və ya "Kənd rayonlarında İKT ilə həyat daha yaxşıdır" devizi altında keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurası tərəfindən verilən bu qərar İKT-nin üstünlüklərindən istifadə etməklə kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq məqsədi daşıyır.
"İnformasiya cəmiyyətinə aparan yol" mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə informasiya cəmiyyətinə aparan yolda əsasən müasir Azərbaycanda İC-nin formalaşması, qanunverici aktlar və bu prosesdə problemə elmi baxış haqqında danışmışdır. Filosofların azərbaycançılıq ideologiyasının hansı prinsiplər üzərində qurulması haqqında fikirlərini qeyd etmişdir. O, müasir dövrdə modelləşmənin yeni elmi təfəkkür tələb etdiyini vurğulamış, dünya elminə inteqrasiyanın vacibliyindən söhbət açmışdır.
Sonra "İKT-nin tətbiqində gender indikatorları", " Əşyaların interneti: mahiyyəti, perspektivləri və problemləri", "İC-nin formalaşmasında sosial şəbəkələrin rolu", "Elektron parlament elektron dövlətin əsas komponentlərindən biri kimi" və "İnformasiyanın insana təsirinin fəlsəfi məsələləri" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında