Qafqaz Müsəlmanları İdarəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri qədim Buxara şəhərindən başlamışdır

Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfərə gəlmişdir. 
Nümayəndə heyətinin səfəri qədim Buxara şəhərindən başlamışdır.
Buxara vilayətinin hakimi Samoydin Husenov Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Qafqaz müftilərinin daxil olduğu nümayəndə heyətini salamlamış, bu din xadimlərinin əksəriyyətinin vaxtilə Buxarada təhsil aldıqlarını demişdir.
S.Husenov ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.
A.Paşazadə səmimi qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycan və özbək xalqları arasındakı qədim dostluq və qardaşlıq münasibətlərindən danışmışdır.
QMİ-nin sədri qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun yaxın dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin indiki yüksək səviyyəyə yüksəlməsinə gətirib çıxarmışdır. Ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərimizin daha da dərinləşməsinə təkan vermişdir.
Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev və ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev iştirak etmişlər.
Sonra nümayəndə heyətinin üzvləri "Qədim və əbədi Buxara" Mədəniyyət Mərkəzində, bu ansambla daxil olan "Buxaranın tarixi" muzeyində olmuşlar.
Nümayəndə heyətinin üzvləri, həmçinin Mir-Ərəb mədrəsəsində olmuş, böyük alim və filosof Bahauddin Nəqşibəndin kompleksində namaz qılmışlar.
Nümayəndə heyətinin Özbəkistana səfəri davam edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında