Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurur

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilmişdir. DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişdir. Prosesdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının da köməyindən istifadə olunmuşdur.
Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmaq üzrədir. Ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 18-də MSK tərəfindən yekun vurulacaqdır. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcəkdir.
Mərkəzi Seçki Komissiyasının üzvləri mayın 18-də saat 15.30-da MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilməsinin texniki qaydaları ilə tanış olacaqlar. Saat 16.00-da isə komissiya bu prosesin yekunlaşmasına həsr olunmuş iclas keçirəcəkdir.
Hər iki tədbirdə KİV nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı təmsilçiləri də iştirak edə biləcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında