Astana forumunda turizmin iqtisadi əhəmiyyəti müzakirə edilmişdir

Qazaxıstanın Astana şəhərində "Yeni onilliyin qlobal riskləri" mövzusunda IV Astana İqtisadi forumu keçirilmişdir. Forumda əsas məqsəd "Müasir dövrdə turizmin iqtisadi əhəmiyyəti" mövzusu ətrafında geniş müzakirələr aparmaq olmuşdur. 
Toplantıda bu sahə üzrə mövcud bilikləri dərinləşdirmək, iri turizm obyektləri və mehmanxana şəbəkələrini əməkdaşlığa cəlb etmək, bu sahədə potensial müştərilər tapmaq məsələləri müzakirə edilmişdir. Həmçinin Qazaxıstanda turizm sənayesinin gələcək inkişafı üçün səmərəli yollar işlənib hazırlanması məsələsi də müzakirə obyekti olmuş və buna geniş diqqət ayrılmışdır.
Forumun işində dünyanın 80-dən çox ölkəsinin, o cümlədən MDB, Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarının dövlət strukturlarının, nüfuzlu ali təhsil müəssisələrinin, turizm şirkətlərinin, otel və mehmanxana şəbəkələrinin nümayəndələri iştirak edirdilər. Azərbaycandan da iqtisadiyyat və mədəniyyət sahələri üzrə təmsilçilər , o cümlədən Azərbaycan Turizm İnstitutunun əməkdaşları Dmitriy Kiriçenko və Aytən Axundova foruma qatılmışdılar.
Beynəlxalq tədbirdə Azərbaycan Turizm İnstitutunun əməkdaşı Aytən Axundova "Böyük İpək Yolu" məqaləsi ilə məruzə etmişdir. A. Axundova foruma təqdim etdiyi məqalədə Qədim İpək yolu üstündə yerləşən ölkələrin iqtisadi və mədəni sahələri üzrə birliyinə nail olmaq üçün bu qədim turizm marşrutunun bərpa edilməsini məqsədəuyğun saymışdır. Müzakirələr zamanı bu təklif forum iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında