Suraxanıda növbəti səyyar görüş keçirilmişdir

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Xatırladaq ki, bu ilin ötən 4 ayı ərzində 16 belə görüş keçirilmiş və bu görüşlərdə 650 nəfərə yaxın sakin iştirak etmişdir.
Əmircan qəsəbəsi Tofiq Bağırov və Neftçilər küçələrinin kəsişməsində sakinlərlə növbəti görüşə gələn İ.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin mart ayının 9-da Bakı şəhərinin və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlar haqqında sakinlərə məlumat vermişdir. Başçı bildirmişdir ki, ölkə Prezidenti müşavirədən sonra mövcud vəziyyətlə tanış olmaq üçün Bakıətrafı qəsəbələrdə olmuşdur. Dövlət başçısı 2011-ci il martın 31-də və aprelin 11-də Suraxanı rayonuna gəlmişdir. Prezidentin Bülbülə qəsəbə sakinləri ilə görüşü zamanı sakinlər üzləşdikləri yol probleminin həlli üçün dövlət başçısına müraciət edəndən sonra İlham Əliyev məsələnin həlli ilə bağlı yeni yolun keçəcəyi əraziyə, qəsəbədaxili vəziyyətə yerindəcə şəxsən diqqət yetirmiş, müvafiq göstərişlərini vermişdir.Cəmi 11 gün sonra isə yeni yol ölkə Prezidentinin iştirakı ilə həm Bülbülə, həm də Əmircan qəsəbə sakinlərinin istifadəsinə verilmişdir.
Görüşün keşirildiyi ünvanda yaşayan sakinlərdən Südabə Əliyeva, Anar Quliyev, Zaur Cəfərov, Bəhmən Əliyev, Məhərrəm Məmmədov yaşadıqları ərazidə su, kanalizasiya şəbəkəsinin yenidən qurulmasına, məhəllədaxili yolların asfaltlanmasına, küçələrin işıqlandırılmasına ehtiyacın olduğunu qeyd etmişlər.
Rayon icra hakimiyyətinin başçısı sakinlərə demişdir ki, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində Bakı şəhərində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, yolların salınması və əsaslı təmir edilməsi, nəqliyyatın işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" icrası Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının daha da sürətlənməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə çox güclü təkan verəcəkdir. Dövlət Proqramında Suraxanı rayonuna da aid 102 bənd vardır. Proqramın icrası rayonun bütün qəsəbələrini, o cümlədən Əmircan qəsəbəsini də əhatə edəcəkdir. Artıq S.Əliyev və 3-cü Mədən küçələri asfaltlanmış, S.Bəhlulzadə küçəsində qəzalı vəziyyətdə olan su və kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanılmış, Bülbülə qəsəbəsində 640 şagirdlik məktəb tikintisinə hazırlıq işləri gedir.Küçələr, yollar və səkilər təmir olunduqca, yeni asfalt örtüyü salındıqca işıqlandırılma məsələləri də öz həllini tapacaqdır.
Səyyar görüşdə sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
Ötən illər ərzində rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Görüşdə 100-dən yuxarı sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında