FHN-in maddi-texniki bazası getdikcə möhkəmlənir

Fövqəladə Hallar Nazirliyinin (FHN) maddi-texniki bazası möhkəmləndirilir. Bunu jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir. 
Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Biz ən müasir texnika və avadanlığa yiyələnmək istəyirik. Çünki bu gün dünyada texnogen qəzaların, təbii fəlakətlərin artımı müşahidə olunur. Heç kim düşünməzdi ki, Yaponiya kimi zəlzələlərdən ehtiyatla qorunan bir ölkədə məlum hadisə baş verə bilər. Bu məsələ təkcə Yaponiyanın deyil, bütövlükdə dünyanın bir nömrəli probleminə çevrilmişdir.
K.Heydərov demişdir: "Azərbaycan da seysmik ərazidə yerləşir. Düzdür, bizdə təkanlar Yaponiyada və digər seysmik zonalardakı kimi fəal deyildir. Amma bunlardan sığortalanmaq üçün səmərəli tədbirlər görülməlidir və görülür. Biz hər yerdə qüvvələrimizi, xilasedicilərimizi yerləşdirməliyik ki, hər hansı təbii fəlakət baş verdikdə onun qarşısını tez və keyfiyyətlə almaq mümkün olsun".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında