Avropa Parlamentində "Azərbaycan Avropa İttifaqı əlaqələri: geopolitik perspektivlər" mövzusunda konfrans keçiriləcəkdir

Mayın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) "Dağlıq Qarabağ problemi Avropa gündəmində: Brüssel konfransı" layihəsi çərçivəsində Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin və Avropa Parlamenti nəzdində fəaliyyət göstərən "Global Comminotion" təşkilatının dəstəyi ilə Brüsseldə "Azərbaycan Avropa İttifaqı əlaqələri: geopolitik perspektivlər" mövzusunda konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iştirakı ilə təşkil olunan konfransda Avropa İttifaqı parlamentariləri Qraham Vatson və İnese Vaidere ilə yanaşı, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Azay Quliyev və ATXƏM-in sədri İlham İsmayılov məruzələrlə çıxış edəcək, müzakirələr aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında