"Eurovision - 2011"-də qalib gəlmiş Azərbaycan təmsilçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər

Mayın 16-da "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişlər. Abidənin önünə gül dəstələri qoyulmuşdur. 
Azərbaycanı müsabiqədə layiqincə təmsil edən cütlüyü parkda ictimaiyyət nümayəndələri, tələbələr əllərində bayraqlar, gül-çiçəklərlə böyük sevinc və fəxarətlə qarşılamışlar.
Təmsilçilərimiz ictimaiyyətə üz tutaraq bu neçə ay ərzində onlara daim dəstək olduqlarına görə minnətdarlıqlarını bildirmişlər.
Eldar Qasımov və Nigar Camal hərarətli alqışlarla yola salınmışdır.
Gənclər və İdman Nazirliyinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları da qaliblərlə birlikdə olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında