Prezident Administrasiyasının şöbə müdiri: "Eurovision-2011" müsabiqəsi bir daha Azərbaycanın Avopa ölkələri sırasına qəbul edildiyini göstərdi

Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsini müəyyən mənada qanunauyğun hadisə kimi qəbul etmək olar. Çünki Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə atdığı addımlar, əldə etdiyi nailiyyətlər məntiqi olaraq, ardıcıl davam edir. Bu fikri Trend İnformasiya Agentliyinə müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. "Ümumiyyətlə, Azərbaycanın nailiyyətləri - istər siyasi, istər istisadi, istərsə də idman sahəsində - artıq necə ilərdir ki, davam edir.
Nailiyyətlər bütün sahələri əhatə etdiyi üçün bu, Azərbaycanın dünya birliyinə, Avopa ölkələri sırasına problemsiz qəbul edildiyini bir daha nümayiş etdirir. Yəni artıq siyasi motiv olmadan, bütün Avropanın əhalisi Azərbaycanı özünə bir tərəfdaş kimi qəbul etdi. Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsi tərəfdaş kimi qəbul edilməsinin nümunəsidir. Avropa Azərbaycanın musiqi sahəsində nailiyyətlərinə qiymət verdi".
Novruz Məmmədovun fikrincə, qələbə bu gün Azərbaycanın hərtərəfli lider olduğunu bir daha sübut edir: "Mən belə başa düşürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin silsiləsinə bunu da əlavə etmək lazımdır və bundan sonra da uğurlar davam edəcək. Belə qələbələri məhz Prezident İlham Əliyevlə birgə qazanmaq daha asan olur".
PA rəsmisi bəzi ölkələrin Azərbaycana az səs verməsinə də münasibətini açıqlayıb.
"Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanla çox yaxından əməkdaşlıq edən bəzi dövlətlər - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Norveç, Bolqarıstan, Danimarka kimi ölkələr heç 3-4 bal da vermədilər. Lakin bunu onların mahnıya qiymət verməmələri ilə yox, həmişəki kimi onların özlərinin müəyyən mövqeyinin olması ilə qiymətləndirirəm" .
Bu möhtəşəm qələbədən sonra Qərbdə bir neçə qəzet Azərbaycanın qələbəsinə öz qərəzli münasibətlərini gizlədə bilmədi. Onlar belə bir sevinci işğal altında olan torpaqların qaytarılması ilə də yaşamaq arzumuza qərəzlə yanaşaraq, qəribə fikirlər səsləndirirlər və Ermənistanın iştirak etmədiyini göstərərək bu ölkəyə məhəbbətlərini gizlədə bilmirlər. "New York Times", "Şpigel" qəzetlərində bununla bağlı yazılıb. Bu qəzetlər öz qərəzli münasibətini gizlədə bilmədilər. Əslində gizlətməyə heç çalışmadılar da. "Azərbaycan "Eurovision"da qalib gəlib" cümləsini çox çətinliklə yazandan sonra Azərbaycanı tənqidə keçdilər. Bu da bizi narahat etməməlidir, çünki bizim yolumuz düzdü, siyasətimiz müstəqildir, bütün ölkələrlə məhsuldar, qarşılıqlı əməkdaşlıq edirik və öz yolumuzla da gedəcəyik".
Novruz Məmmədov daha sonra demişdir ki, belə qələbələr bütün xalqı birləşdirir.
"Əksəriyyət gənclər olmaqla, bütün xalqın küçələrə çıxması, iftixar hissini nümayiş etdirməsi ölkənin əhval-ruhiyyəsindən xəbər verir. Yəni bu ölkədə proseslər düzgün istiqamətdə gedir. Avropanın əhalisi, ictimaiyyət məhz gənclərimizin sənətinə, sənətkarlığına, ustalığına qiymət verdilər. Bu nöqteyi-nəzərdən, həqiqətən bizimkilər birinci yerə layiq idilər. Onların çox böyük bal fərqi ilə birinci yerdə olmaları artıq Azərbaycan sənətkarlığının nə qədər yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi, çünki onların qarşılarında heç bir rəqib qala bilmədi".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında