Əli HƏSƏNOV: Bu qələbə gözlənilirdi

"İki azərbaycanlı gəncin "Eurovision" yarışmasında qalib gəlməsi çox sevindirici hadisədir". Bu sözləri Gün.Az-a açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov demişdir.
Azərbaycan indiyə qədər idmanda, digər sahələrdə çox müvəffəqiyyətlərə imza atıb, musiqi sahəsində bu bizim böyük uğurumuzdur. Bu, heç şübhəsiz, sözün əsl mənasında millətimizə, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə, bütün dünya azərbaycanlılarına qürur gətirən bir hadisədir. Buna görə də hər bir azərbaycanlını, Azərbaycanla qəlbi döyünən hər bir soydaşımızı təbrik etmək olar və düşünürəm ki, bu müvəffəqiyyət bütövlükdə dünyada Azərbaycanın, Azərbaycan xalqının adının ucalmasında önəmli rol oynayacaq"... Neçə illərdir Azərbaycan dövlətinin gənclərə, gənclər siyasətinə, mədəniyyətə, incəsənətə, musiqiyə, bu sahənin maddi-texniki bazasının möhkəmlənməsinə, musiqi mədəniyyətinin, ümumiyyətlə, Azərbaycan xalqının mənəvi dəyərlərinin inkişafına nə qədər diqqət ayırdığının hamımız şahidiyik. 2007-ci ildən başlayaraq, sözün həqiqi mənasında cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün mənəvi həyatı yeniləşib, mədəniyyət, musiqi aləmi dinamik inkişaf edib, gəncliyə bu qədər diqqət göstərilir və təbii ki, bunun da müsbət nəticəsi mütləq olmalı idi. Necə ki, biz neçə illərdir idmana yönəltdiyimiz diqqətin nəticələrini olimpiadalarda görürük, hər il medallarımızın sayı artır, eləcə də bu uğurlar musiqidə gözlənilirdi və gözləntimiz də özünü doğrultdu" - deyə, Əli Həsənov bildirib.
Əli Həsənov Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafına verdiyi töhfələri də yüksək qiymətləndirmişdir: "Mən fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə yönəltdiyi diqqəti xüsusi vurğulamaq istəyirəm. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin Azərbaycan gəncliyinin dünya səviyyəsinə qaldırılması, musiqimizin, idmanımızın dünya səviyyəsində təmsilçiliyi ilə bağlı göstərdiyi diqqəti, qayğını qeyd etmək istəyirəm. Sözün həqiqi mənasında, bu bütün Azərbaycanın qələbəsi idi, bu qələbənin də başında ölkə Prezidenti və bütövlükdə onun komandası, eyni zamanda Azərbaycan xalqının intellektual potensialı, digər dəyərləri dayanır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında