Həştərxan şəhərində Rusiya-Azərbaycan Forumu keçiriləcəkdir

Mayın 18-19-da Rusiyanın Həştərxan şəhərində "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda ikinci forum keçiriləcəkdir. 
İki ölkənin Prezident Administrasiyalarının dəstəyi ilə keçiriləcək tədbirin əsas məqsədi Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan Respublikası arasında iqtisadi, elmi-texniki, humanitar və ictimai-siyasi sahələrdəki əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşdirilməsidir.
Nümayəndə heyətlərinə Azərbaycan və Rusiya Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin, biznes dairələrinin, vətəndaş cəmiyyəti təsisatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri daxildirlər. Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başçılıq edir.
Forum çərçivəsində "Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığında infrastruktur layihələri (nəqliyyat, energetika, rabitə, telekommunikasiya)", "Rusiya və Azərbaycanın regionlararası müstəvidə iqtisadi və maliyyə əməkdaşlığı", "Rusiya və Azərbaycanın humanitar və ictimai-siyasi sahədə əməkdaşlığı: problemlər və perspektivlər", "Rusiya və Azərbaycanın Xəzərdə strateji əməkdaşlığı" mövzularında dörd "dəyirmi masa"nın təşkil olunması nəzərdə tutulur.
Forumun proqramına Həştərxan şəhərində ümummilli lider Heydər Əliyev adına parkın açılışı, Azərbaycan-Rusiya dostluğu körpüsünün təməlqoyma mərasiminin və sənaye innovasiyaları sərgisinin keçirilməsi də daxildir.
Tədbirin son günü regionlararası əməkdaşlığın daha da dərinləşdirilməsi və şaxələndirilməsi sahəsində tərəflərin niyyətini əks etdirən yekun bəyanatın qəbulu gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında