Azərbaycanın antikorrupsiya təcrübəsinə maraq artır

Prezident İlham Əliyevin güclü siyasi iradəsi və qəti mövqeyi ilə Azərbaycanda ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı ciddi mübarizə aparılır, təsirli tədbirlər görülür.
Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək, 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi onun işində fəal iştirak edir. Assosiasiyanın ötən il keçirilmiş 4-cü İllik Konfransında Azərbaycanın ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilmişdir. Bu günlərdə isə Qətərin paytaxtı Doha şəhərində Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da iştirak etmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda assosiasiyanın inkişaf strategiyasının layihəsi müzakirə olunmuşdur. Bu mühüm sənədin hazırlanmasında Azərbaycanın xüsusi rolu və böyük töhfəsi vurğulanmışdır. F.Məmmədov tədbirdə çıxış edərək, assosiasiyanın inkişafına dair təkliflər vermiş, respublikamızda korrupsiyanın qarşısının alınması üzrə aparılan intensiv tədbirləri qeyd etmişdir.
Tədbirdə, həmçinin təşkilati məsələlər, o cümlədən assosiasiyanın prioritetləri və gələcək fəaliyyəti, 9 dekabr - Beynəlxalq Antikorrupsiya Günü ilə bağlı silsilə tədbirlərin keçirilməsi, maarifləndirmə işinin gücləndirilməsi və s. məsələlər müzakirə olunmuşdur.
Həmçinin iyul ayında qabaqcıl antikorrupsiya təcrübələrinin öyrənilməsinə dair geniş beynəlxalq seminarın keçirilməsi nəzərə alınaraq, Azərbaycanın bu sahədə təcrübəsinə maraq göstərilmiş və ölkəmizin mütəxəssisləri həmin tədbirdə mühazirələrlə çıxış etmək üçün dəvət olunmuşlar.
Səfər zamanı bir sıra dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında