"Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi" layihəsi həyata keçirilir

Azərbaycn Respublikası Gənclər Təşkilatları Milli Şurası 12-15 may 2011-ci il tarixlərində Novxanı "AF Hotel-Aqua Park"- da "Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi" layihəsi ilə bağlı tədbir keçirir.
Tədbirin açılış mərasimində çıxış edən Milli Şuranın Baş Katibi Orxan Ərəbov bildirib ki, layihənin keçirilməsinin əsas məqsədi işğal olunmuş rayonlarımızdan məcburi çıxarılmış köçkün gənclərin Avropaya inteqrasiya prosesini daha da gücləndirmək və onların inkişafına dəstək verməkdir. Orxan Ərəbov əlavə edib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) cəmiyyətimizin sosial qayğı və xüsusi diqqətə ehtiyacı olan qaçqın və məcburi köçkün gənclərimizə daim xüsusi diqqət və qayğı göstərir, onları layihələrə aktiv formada cəlb edir. Belə layihə və görüşlər yerli və beynəlxalq səviyyədə həyata keçirilmişdir. Azərbaycanda təxminən 1 milyon Dağlıq Qarabağ və digər işğala məruz qalmış rayonlardan qaçqın və məcburi köçkün var. Azərbaycanda yaşayan yerdəyişməyə məruz qalmış şəxslərin önəmli bir qismini gənclər təşkil edir.
Yerdəyişməyə məruz qalmış gənclər ictimai işlərə cəlb olunmalı və digər ölkələrdəki gənclərlə əməkdaşlıq edərək Avropaya inteqrasiya prosesində aktiv iştirak etməlidirlər. Azərbaycandakı yerdəyişməyə məruz qalmış gənclərin rastlaşdığı əsas problemlərdən biri də onların çox az bir hissəsi istisna olmaqla, böyük bir qisminin ictimai-sosial proseslərə fəal qoşulmaması ilə bağlıdır.
Bu layihənin həyata keçirilməsi məhz yuxarıda sadalanan məsələlərin həllini nəzərdə tutur. Dövlət Miqrasiya Xidmətinin rəsmisi Vahid Qəhrəmanov, Gənclər və İdman Nazirliyinin rəsmisi Fuad Babayev bildiridilər ki, bu cür layihələr ölkə gənclərinin inkişafı üçün çox önəmlidir.
Sözügedən layihədə Gürcüstan, İtaliya, Latviya, Belçika, Ukrayna, Finlandiya, Türkiyə, Rusiya və digər Avropa ölkələrindən iştirakçılar olacaq. Qeyd edək ki, tədbirə Gənclər və İdman Nazirliyi və Avropa Gənclər Fondu dəstək verir.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında