İstanbulda "13-cü Avrasiya iqtisadi, enerji və mədəniyyətlərarası dialoq" sammiti keçiriləcəkdir

Mayın 5-dən 7-dək İstanbulda "13-cü Avrasiya iqtisadi, enerji və mədəniyyətlərarası dialoq" sammiti keçiriləcəkdir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun dəvəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) baş katibinin müavini Kürşat Melih Sarıarslan da bu tədbirdə iştirak edəcəkdir.
TürkPA-nın mətbuat xidmətindən bildirmişlər ki, üç gün davam edəcək beynəlxalq tədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin də iştirakı nəzərdə tutulmuşdur.
Dünyanın 40 ölkəsindən yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilatların, millət vəkillərinin və media nümayəndələrinin iştirak edəcəyi sammitdə dünyadakı enerji strategiyası və nəticələri, Nabukko layihəsi, Qafqaz, Orta Şərq və Orta Asiyada baş verən proseslər nəzərdən keçiriləcək, qlobal maliyyə böhranı və bu istiqamətdə ölkələrin ortaq əməkdaşlığı müzakirə ediləcəkdir.
Sammitin son günü isə mədəniyyətlərarası qlobal sülh və dialoq istiqamətində strateji əməkdaşlıq və regional problemlərin həlli kimi məsələlər müzakirə olunacaqdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında