AXCP və Müsavatın iştirakı olmadan müxalifət partiyalarının birliyinin yaradılması təklif edilir

"Liberal Partiyanın lideri Lalə Şövkətin təşəbbüsü ilə digər müxalifət partiyalarının yeni birliyinin yaradılması istiqamətində aparılan müzakirələrdə təklif olunur ki, AXCP və Müsavat Partiyası kənarda qalmaqla yerdə qalan siyasi qüvvələrin birliyinin yaradılması istiqamətində məsləhətləşmələrə başlanılsın. Birlik yaradıldıqdan sonra isə AXCP və Müsavat Partiyası bu birliyə qoşulsun". 
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Partiya sədri bildirib ki, əgər məqsəd siyasi müxalifəti birləşdirməkdirsə, onda elə addım atılmalıdır ki, proses parçalanmaya gətirib çıxarmasın: "Elə cəhd edə bilərik ki, bu addım parçalanmış vəziyyəti dərinləşdirər. Bununla da vəziyyət daha çətin olar. Müxalifətdə uzun müddət olan bir partiya rəhbəri kimi deyə bilərəm ki, başlanğıcda birliyin təsisçisi olmayan partiyanın sonradan yaradılan quruma cəlb olunması prosesi çox çətin olur. Məsələn, bir sıra partiyalar artıq İctimai Palataya qoşulmaq istəmir. Çünki təşəbbüs qrupunda olmayıblar".
Müxalifətin birliyinə nail olunması üçün mürəkkəb vəziyyətin yarandığını söyləyən S. Cəlaloğlu qeyd edib ki, hazırda AXCP və Müsavat Partiyası İctimai Palatadan kənarda hansısa siyasi qüvvə ilə təmasa meyl etmir: "Digər qüvvələrin də birlik formalaşdırması İctimai Palataya alternativ kimi görünəcək. Sonradan isə müxalifətin real birliyinin yaradılması çətin olacaq. Buna görə də prosesə birmənalı qiymət vermək çətindir".
S. Cəlaloğlu qeyd edib ki, siyasi müxalifətin yeni birliyinin yaradılması prosesində iştirak etmək üçün onlara da təklif irəli sürülüb: "ADP Ümid Partiyası ilə birgə "Qarabağ" blokunda təmsil olunduğundan Ümid Partiyası ilə məsləhətləşmə aparılandan sonra bir qərar verilə bilər. Yəni gərək öz aramızda məsləhətləşək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında