Parisdə Azərbaycanla bağlı silsilə tədbirlər keçiriləcəkdir

Martın 26-dan 31-dək  Parisdə Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir. Həmin sərgi-yarmarkada Azərbaycan Respublikası da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu məqsədlə nazirliyin icarəyə  götürdüyü stenddə ölkəmizdə işıq üzü görmüş 200-ə qədər kitab, jurnal, turizmə aid bələdçi kitablar və s. çap məhsulları nümayiş etdiriləcək. 1200-ə yaxın nəşriyyat evinin təmsil olunacağı sərgidə Fransanın bütün regionları ilə yanaşı 30-dan artıq xarici ölkə nəşriyyatları da iştirak edəcək.

{nl}

Dünya naşirlərinin ən mötəbər kitab forumlarından biri olan sərgi-yarmarka bu il özünün 30 illik yubiley açılışını gerçəkləşdirəcəkdir. Bu münasibətlə sərgiyə xüsusi olaraq “30 illik pavilion” (Pavillon 30 ans) adı altında “Fəxri qonaq” qismində 30 fransız və 30 xarici ədəbiyyat nümayəndəsi dəvət olunmuşdur. Sərgi çərçivəsində təmsil olunacaq iştirakçılar öz milli musiqi və mətbəxlərini də nümayiş etdirəcəklər. Azərbaycan Respublikası da öz növbəsində YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatlarını, həmçinin milli kulinariya nümunələrini sərgi iştirakçılarına təqdim edəcəklər.

{nl}

Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən Mədəniyyətlərin Yaxınlaşması İli elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı nümayəndə heyətlərinin iştirakı ilə mart ayının 29-da YUNESKO-nun baş qərargahında, 30-da isə Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimi keçiriləcəkdir. TÜRKSOY təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, bir sıra türkdilli ölkələrin nümayəndə heyətləri də iştirak edəcəklər.

{nl}

Bundan başqa, 29-30 mart tarixlərində Fransanın “Maison des cultures du monde” (“Dünya mədəniyyətləri evi”) Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən “Təxəyyül” festivalında Şirvan aşıqları iki günlük konsert proqramı ilə çıxış edəcəklər. “Maison des cultures du monde” Assosiasiyasının salonunda baş tutacaq konsertdə aşıqlarımız Azərbaycan folklor nümunələrini ifa edəcəklər.

{nl}

{nl}

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında