Veteranlarla görüş

1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 66-cı ildönümü münasibətilə Sabirabad rayonunda ənənəvi görüş keçirilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov veteranları salamlayaraq xatırlatdı ki, bu müharibədə 600 mindən çox həmyerlimizdən 300 minə yaxını döyüşlərdə həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adı almış, 170 mindən çoxu orden və medallara layiq görülmüşdür. Bu amansız müharibədə böyük rəşadət göstərdiklərinə görə 3 min nəfərdən çox sabirabadlı da orden və medallarla təltif olunmuşdur.
İcra başçısı vurğuladı ki, 1990-ci illərin əvvəllərində hakimiyyətdə olanlar həmyerlilərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlara kölgə salmağa çalışmışlar. Hətta 9 mayın Qələbə günü kimi qeyd olunması qadağan edilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi, müharibə veteranlarına bəslənilən ögəy münasibətə də son qoydu. Veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olundular. Bu gün də müharibə veteranları diqqət mərkəzindədirlər.
Mayın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik yardım verilməsi barədə Sərəncamı bir daha bu qrupdan olan insanlara qayğının parlaq ifadəsidir.
Tədbirdə rayon hərbi komissarı Fuad Allahverdiyev çıxış edərək gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranların üzərinə böyük iş düşdüyündən danışdı və onları Qələbə bayramı münasibətilə təbrik etdi.
Sonra veteranlar adından çıxış edən Veteranlar şurasının sədri Zülfəli Əliyev, veteranlardan Balasər Məmmədov, Şərif Məmmədbəyov onlara göstərilən daimi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş və rayon rəhbərinə öz razılıqlarını ifadə etmişlər.
Axırda müharibə iştirakçılarına maddi yardım göstərilmişdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında