Sabirabad: Ümummilli liderə sonsuz məhəbbət

Sabirabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş geniş toplantının iştirakçıları ulu öndərin əzəmətli heykəli qarşısına gül dəstələri qoydular.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. Natiq daha sonra qeyd etdi ki, Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir.
Məruzəçi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın firavanlığı, müstəqilliyimizin möhkəmləndirilməsi naminə möhtəşəm fəaliyyətinin cəmiyyətimizin hər bir üzvünün sabahkı günə inamını daha da artırdığını xüsusi vurğuladı.
Sonra tədbir iştirakçılarını gənc Heydərçilər salamladılar.
Yubiley tədbirinin bədii hissəsi rəngarəng proqramla yadda qaldı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında