Daxili işlər naziri bölgələrdə vətəndaşlarla görüşlərini davam etdirəcəkdir

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bölgələrdə vətəndaşlarla görüşlərini davam etdirəcəkdir. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, növbəti görüş iyunun 4-də Bərdə şəhərində keçiriləcəkdir.
Bu dəfə nazir R.Usubov daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Zəngilan rayonları vətəndaşlarının rəyini öyrənəcək, onların problemləri ilə maraqlanacaqdır.
Vətəndaşlarla görüş Bərdə Rayon Polis Şöbəsində saat 11.00-da başlayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında