"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı yığıncaq keçirilmişdir

Mayın 13-də Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı yığıncaq keçirilmişdir.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı yüksək qiymətləndirmişdir. O, gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədi ilə dövlətimizin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Sədr gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini tənzim etmək məqsədi ilə 2002-ci il aprelin 9-da "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini gənc nəslə dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir.
İclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və başqaları Dövlət Proqramı ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Çıxış edənlər sosial problemlərin həlli, yaradıcı, istedadlı gənclərə, turizm, təhsil və digər sahələrdə potensiallarını nümayiş etdirmək üçün yeni imkanların yaradılması kimi təkliflər irəli sürmüşlər.
Bütün rəy və təkliflər ümumiləşdirilərək "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına daxil edilmək üçün müvafiq qurumların elektron ünvanlarına təqdim olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında