Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-dan olan dinşünas alimin iştirakı ilə seminar keçirilmişdir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mərkəzi aparatında "Dinlərarası münasibətlərdə dialoq" mövzusunda seminar keçirilmişdir.
Komitədən bildirmişlər ki, seminara Filadelfiyadakı (ABŞ) Templ Universitetinin dini araşdırmalar kafedrasının professoru Leonard Şvidler dəvət edilmişdir.
Seminarda DQİDK-in sədri Hidayət Orucov Azərbaycanda dövlət-din münasibətləri, dini durum, son illər respublikada keçirilən mədəniyyətlərarası və dinlərarası dialoq üzrə beynəlxalq konfranslar, ümumdünya sammitləri kontekstində bugünkü tədbirin əhəmiyyətini vurğulamışdır.
Komitə sədri qeyd etmişdir ki, müasir Azərbaycanın çoxmillətli dövlət və çoxkonfessiyalı din münasibətlərinin əsasında ulu öndər Heydər Əliyevin milli və din siyasəti durur. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, məbədlərimizin bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir. H.Orucov yeni məscidlərin, ziyarətgahların, xristian və yəhudi dinlərinə aid məbədlərin tikintisində və bərpasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyətini də xüsusi vurğulamışdır.
L.Şvidler demişdir ki, ölkəmizdə dini durum, dövlət-din münasibətlərindəki reallığı öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur. Hazırda dinlərarası dialoq vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi, cəmiyyətin təhlükəsizliyinin və mənəvi bazasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdəndir.
Cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında dialoqla bağlı nəzəri-metodoloji istiqamətləri seminar iştirakçılarının diqqətinə çatdıran amerikalı alim dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini vurğulamış, məsələnin "tarixi", "hüquqi" və "humanitar" kontekstdə, "qurucu dialoq" və "dağıdıcı dialoq" istiqamətində izahını son əlli ildəki elmi araşdırmaları əsasında şərh etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında