Dunya Miyatoviç: "Azərbaycanda media sahəsində müsbət dəyişikliklər müşahidə olunur"

Azərbaycanda son altı ay ərzində media sahəsində müsbət dəyişikliklər müşahidə olunur. SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 
O, qeyd edib ki, Azərbaycan hökuməti media azadlığı istiqamətində ATƏT-lə əməkdaşlıq etmək iradəsinə malikdir: "Bu sırada diffamasiya haqqında qanunun qəbulu ilə bağlı diskussiyaların keçirilməsini qeyd edə bilərəm. Bakıda keçirdiyim görüşlərdə məni əmin etdilər ki, bu qanunun qəbulu üzərində iş davam edir. Amma hesab edirəm ki, əsas iş bu qanun qəbul olunduqdan sonra başlayacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin internetə sərbəst çıxış məsələsi ilə bağlı mövqeyini alqışlayıram. Prezident məni əmin etdi ki, internet Azərbaycanda azad olaraq qalacaq. Bu məni xeyli məmnun etdi, təəssüf ki, bu hala heç də ATƏT-ə üzv olan bütün ölkələrdə rast gəlmək olmur. Azərbaycan Prezidenti ilə görüş çox konstruktiv məcrada keçdi. Görüşdə bir çox məsələlərə, o cümlədən Eynulla Fətullayevin və digər fəalların həbsdə olması məsələsinə toxunuldu. Məni əmin etdilər ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq."
Azərbaycanın media sahəsində müsbət nüanslara toxunan Miyatoviç bildirib ki, hökumət daha plüralist medianın formalaşması üçün müəyyən tədbirlər görməlidir. Belə ki, jurnalistlər heç bir qorxu hissi keçirmədən istənilən mövzuda azad şəkildə yazmaq imkanına malik olmalıdır: "Bu tək Azərbaycana yox, həm də digər ölkələrə aiddir".
ATƏT rəsmisi həmçinin vurğulayıb ki, keçirdiyi rəsmi görüşlərdə Bakıda keçirilən aksiyalar zamanı həbslər məsələsi də müzakirə mövzusu olub: "Qeyd etdik ki, hökumət bu məsələdə son dərəcə dözümlülük nümayiş etdirməlidir. Mən bu məsələni diqqət mərkəzində saxlamağa davam edəcəyəm. Həmçinin Milli Televiziya və Radio Şurasının daha müstəqil quruma çevrilməsi zəruridir. Səfərimin yekunu olaraq bəzi tövsiyələrim var, onları yaxın zamanlarda Azərbaycan hökumətinə göndərəcəyəm. Ölkənizdə medianın durumunu izləməkdə davam edəcəyəm".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında