Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olmuşdur

Mayın 12-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilmiş "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sərgidə Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə istehsal olunan avadanlıq nümayiş etdirilmişdir. Mülki müdafiə, yanğın təhlükəsizliyi, yanğınsöndürmə və qəza-xilasetmə avadanlığı istehsalatçısı olan şirkətlərin nümayəndələri ilə danışıqlar aparılmışdır.
Səfər çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin əməkdaşları arasında geniş tərkibdə görüş keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında