Jan-Pol Karteron: Azərbaycan bir çox Qərbi Avropa dövlətlərindən daha yüksək səviyyədə inkişaf etmiş ölkədir

Mənə görkəmli dövlət xadimi Heydər Əliyevlə şəxsən tanışlıq xoşbəxtliyi nəsib olmuşdur. Çox şanslı bir insanam ki, 1996-cı ildə onunla eyni qatarda Məşhəddən Aşqabada getmişəm. Bu səfər zamanı böyük şəxsiyyətlə olan söhbətimizi heç vaxt unutmayacağam. Onun dünyagörüşü məni heyran etmişdir. O dövrdə Azərbaycan bugünkü kimi zəngin deyildi, hətta onun inkişaf potensialı, iqtisadi inkişafı sual altında idi. 
Bu sözləri YUNESKO-nun baş direktorunun xüsusi məsləhətçisi Jan-Pol Karteron AzərTAc-a müsahibəsində demişdir.
J.P.Karteron bildirmişdir ki, şəxsi nüfuzu və göstərdiyi səylər nəticəsində Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu fenomenal şəxsiyyətin uzaqgörən siyasəti sayəsində Azərbaycan XXI əsrə müasir dövlət kimi daxil olmuşdur.
Heydər Əliyevin uzun illərdən bəri həyata keçirdiyi ideyaların və onun siyasi xəttinin etibarlı davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində indi Azərbaycan bir çox Qərbi Avropa dövlətlərindən daha yüksək səviyyədə inkişaf etmiş ölkədir.
Karteron Azərbaycanın YUNESKO-ya verdiyi dəstəyi də çox yüksək qiymətləndirdiyini demişdir. Bildirmişdir ki, bu sahədə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox irimiqyaslı birgə layihələr həyata keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında