Ümumrespublika "Vətəni tanı" kampaniyası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən "Vətəni tanı" ümumrespublika kampaniyası indi bölgələrdə davam etdirilir. Kampaniya çərçivəsində növbəti seçim turları 4 işğal olunmuş rayonun - Şuşa, Qubadlı, Laçın və Xocavənd məktəbliləri arasında keçirilmişdir. 
Qeyd edək ki, artıq Bakının Səbail, Yasamal rayonlarında seçim turları yekunlaşıb. Bundan başqa artıq üç istiqamətdə Azərbaycanın rayonlarında səfərdə olan GTMŞ-nın işçi qrupu artıq şimal-qərb bölgəsində Ağstafa, Qazax, cənub bölgəsində isə Astara, Lənkəran, Beyləqan gəncləri arasında "Vətəni tanı" ümumrespublika kampaniyasında iştirak ediblər.
Şuşa rayonu üzrə seçim turu Bakı şəhəri, Fatmayi qəsəbəsində məskunlaşmış məcburi köçkün gənclərinin təhsil aldıqları 9 saylı məktəbdə baş tutub. Tədbirin açılış mərasimində Milli Şuranın baş katibi Orxan Ərəbov çıxış edərək bildirib ki, bu kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək.
Elə həmin gün Ağstafa şəhəri 1 saylı məktəbdə adıçəkilən rayon üzrə seçim turu baş tutub. Milli Şuranın İdarə heyətinin üzvü, işçi qrupuna rəhbərlik edən Heydər Atayev tədbirin açılış mərasimində bildirib ki, bu kampaniya bütün Azərbaycanı əhatə edəcək və əsas məqsəd ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha qabartmaqdır. "Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti seçim turu Astara şəhəri 2 saylı məktəbdə keçirilib. Milli Şura katibliyinin nümayəndəsi Ziya Ağayev açılış mərasimində bildirib ki, hər bir Azərbaycan gənci ölkəmizin tanıdılması istiqamətində əlindən gələn bütün işləri görməlidir. Tədbirdə çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərzə Əliyev bildirib ki, gənclərimizin inkişafında bu layihə çox önəmlidir.
Kampaniyanın seçim turları Qazax rayonu 1 saylı məktəbdə keçirilib. Eyni zamanda, digər işçi qrupları müvafiq olaraq Lənkəran şəhəri 6 saylı məktəbdə seçim turunu keçiriblər. Beyləqan rayonunda olan işçi qrupu isə həmin rayonun gəncləri arasında seçim turunu həyata keçirib. Beyləqanda məskunlaşmış Xocavənd məcburi köçkün gəncləri də "Vətəni tanı" ümumrespublika kampaniyasının iştirakçısı olublar. İşğal altında olan Qubadlı və Laçın rayonlarından olan gənclər də kampaniyada iştirak ediblər. Sumqayıt şəhərində yerləşən 1 saylı Qubadlı məktəbində baş tutan tədbiri giriş sözü ilə açan kampaniyanın əlaqələndiricisi Natiq Nəsirov bildirib ki, əsas hədəflərdən biri ölkəmizin inzibati ərazi vahidlərinin gənclərimizə öyrədilməsinə yardımçı olmaqdır. Elə həmin gün Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 46 saylı Laçın məktəbində həmin rayondan olan gənclər seçim turunda iştirak ediblər.
Qeyd edək ki, Bakı rayonları üzrə keçirilən zona turlarında hər rayon üzrə 300 gənc, digər regionlarda isə hər birində 150 gənc iştirak edib. Bununla da "Vətəni tanı" ümumrespublika kampaniyasında əhatə olunacaq 12.000 gəncdən 2000-i artıq kampaniyada iştirak edib. Bunlardan bir qismi Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb.
Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında