Cəlilabadda ulu öndərə həsr olunmuş tədbirlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq Cəlilabad rayonunda silsilə tədbirlər keçirilmişdir.
Ulu öndərlə bağlı görüşlər, onun həyat və fəaliyyətinə həsr edilmiş əsərlərin sərgisi, kitab bayramı, kompozisiyalar bayram iştirakçılarına xoş təsir bağışlamışdır.
Cəlilabadlılar mayın 10-da - böyük rəhbərin anadan olduğu gün sübh tezdən əllərində gül-çiçək, ürəklərində böyük məhəbbət ulu öndərin adını daşıyan Alar kənd məktəbinə gəlmiş, burada onun abidəsini ziyarət etmiş, xatirəsi önündə baş əymişlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və hüquq- mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Sonra rayon mədəniyyət sarayında Heydər Əliyevə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir. Dahi rəhbərin həyat və fəaliyyəti haqqında çıxışlar dinlənilmiş, ümummilli liderə həsr olunmuş sənədli filim nümayiş etdirilmişdir.
Bayram şənliyi Heydər Əliyev adına seyrəngahda davam etdirilmiş, ulu öndərin doğum gününə həsr edilmiş gül bayramında minlərlə ziyalı, əmək və müharibə veteranları, məktəblilər iştirak etmişlər. Eyni zamanda, "Tut bağı" istirahət mərkəzində də bayram konserti təşkil olunmuşdur. Ulu öndərin 88-ci ildönümünə həsr olunmuş bayram şənlikləri bütün gün ərzində davam etmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında