Mətbuat Şurası reket jurnalistika ilə mübarizə aparmaq üçün qaydalar hazırlayır

"Mətbuat Şurasının səyləri nəticəsində media orqanlarına qarşı məhkəməyə edilən şikayətlərin sayı üç dəfə azalıb". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. 
Ə. Amaşov bildirib ki, Mətbuat Şurası reket jurnalistika ilə mübarizə aparmaq üçün qaydalar hazırlayır: "Şuraya hər gün bu istiqamətdə şikayətlər daxil olur. Elə qəzet var ki, onun barəsində ay ərzində 10-a qədər şikayət daxil olur. Şura bu şikayətləri araşdırır və müvafiq qərarlar verir. Sonda isə hüquq-mühafizə orqanlarına müraciət edilir".
100-ə yaxın KİV-in adının qara siyahıda olduğunu söyləyən Ə. Amaşov, bəzi beynəlxalq qurumların Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı hesabatlarına da münasibətini açıqlayıb: "Dünyada söz və mətbuat azadlığının olmadığı ölkələr siyahılarda Azərbaycandan öndədir. Burada qərəz açıq bəlli olur. Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı fikirlər müxtəlifdir. Bu gün bəzi işlər görülsə də, görüləcək işlər də vardır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında