Mübariz Qurbanlı: Azərbaycanın atəşkəs haqqında sazişi imzalaması ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir

Atəşkəsin imzalandığı ötən 17 il ərzində Azərbaycan öz iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirib, eləcə də, güclü ordusunu yaradıb.
Bütövlükdə, ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf edir, beynəlxalq aləmdə mövqeyini xeyli gücləndirib. Bütün bunlar onu göstərir ki, 1994-cü ildə Azərbaycanın atəşkəs haqqında sazişi imzalaması ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, atəşkəsin imzalandığı ötən 17 il ərzində Azərbaycanın sürətli inkişafının fonunda işğalçı Ermənistanda iqtisadi böhran dərinləşib, əhalisinin həyat səviyyəsi xeyli aşağı düşüb. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın tutduğu mövqe, ardıcıl siyasət istənilən müzakirələrdə Azərbaycanın dəmir məntiqə söykəndiyinə əsas verir, istənilən müzakirələrdə bizim mövqeyimiz möhkəmdir. "Erməni tərəfi faktiki olaraq danışıqlar prosesində küncə sıxılıb. Hesab edirəm ki, növbəti mərhələdə Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri və danışıqların intensivləşməsi müəyyən nəticələr verəcək. Ümumiyyətlə, qlobal miqyasda böyük proses gedir və bu proseslərin regional münaqişələrə həlledici təsiri olacağını proqnozlaşdırmaq mümkündür"- deyə M.Qurbanlı bildirib.
YAP İcra katibinin müavini qeyd edib ki, bütövlükdə, bu gün erməni siyasəti, erməniçilik özü böyük böhran keçirir. "Mən deyərdim ki, bu gün erməni cəmiyyəti mənəvi böhran keçirir. Dağlıq Qarabağ məsələsində ermənilər istədiklərinə nail ola bilməyiblər. Ermənilər düşünürdülər ki, müəyyən dövlətlərin yardımı ilə Dağlıq Qarabağda həyata keçirdikləri işğalçı siyasət və bu siyasətin nəticəsi olaraq Azərbaycana məxsus olan bu ərazinin qoparılaraq Ermənistana birləşdirilməsinə və yaxud da ikinci qondarma bir erməni dövləti yaradılmasına nail ola biləcəklər. Amma hadisələrin gedişi göstərdi ki, ermənilərin ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və ya ikinci erməni dövlətinə çevirmək cəhdi fiaskoya uğrayıb"- deyə M.Qurbanlı vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında