"Gorus-2010: absurd teatrı mövsümü" kitabı Zaqatala ictimaiyyətinə təqdim olundu

Zaqataladakı Heydər Əliyev Mərkəzində akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının rayon ictimaiyyətinə təqdim olunması mərasimi keçirilmişdir.
Tədbirdə icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayon ağsaqqalları, ziyalılar, elm adamları, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Mübariz Əhmədzadənin "Tarixi düşmənlərlə ideoloji mübarizədə mühüm elmi araşdırmalar" mövzusunda məruzəsi dinlənilmişdir. Natiq çıxışında bu kitabın tarixin bütün mərhələlərində ikiüzlü və xain kimi tanınan "soyqırımı" uydurmaları ilə dünya ictimaiyyətinin diqqətini daim cəlb etməyə çalışan bədnam erməni təbliğatına qarşı çox qiymətli elmi mənbə olduğunu vurğulamışdır.
Natiq öz məruzəsində kitabın adının niyə məhz "Gorus-2010: absurd teatrı mövsümü" olduğunu tədbir iştirakçılarına izah edərək bildirmişdir ki, 2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda deyil, qədim Azərbaycan bölgələrindən birinin Zəngəzurun şəhəri olan Gorusda dünya erməni diaspor jurnalistlərinin yığıncağını təşkil etmiş və bu yığıncaqda öz sərsəm bəyanatları ilə əslində erməni siyasətini ifşa etmişdir.
1918-1920-ci illərdə Zəngəzur mahalının Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olduğu, elə həmin dövrdə Ermənistanın Zəngəzurla bağlı torpaq iddiaları irəli sürdüyü, silahlı toqquşmalar baş verdiyi, təkcə 1905-1907 və 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində Zəngəzur mahalında yarım milyon Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi, həmin illərdə Zəngəzurda 115 kəndin yer üzündən silindiyi, 4472 qadın və uşağın öldürüldüyü xüsusi vurğulanmışdır.
Rayon rəhbəri kitabda erməni saxtakarlığını şərh edən müəllifin bir millətin tarix boyu qurtula bilmədiyi cəfəng ideyanın heçliyə yuvarlanmasını, bədnam "alim", başabəla siyasətçi hesab edilən erməni prezidentin Dağlıq Qarabağın ərazi mənsubiyyəti haqqında erməni diaspor jurnalistlərinə verdiyi "məlumatların" heç bir tarixi mənbəyə əsaslanmadığını elmi təhlillərlə sübut etdiyini vurğulamışdır.
Məruzənin sonunda natiq kitabda akademik Ramiz Mehdiyevin tarixi faktları ortaya qoymaqla elmi dəlillər əsasında hiyləgər erməni siyasətinin iç üzünü məharətlə aşkara çıxardığı qeyd edilmişdir.
Tədbirdə həmçinin elm adamları və ziyalıların "Tarixi gerçəkliyin saxtalaşdırılması cəhdləri", "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayanlara tutuarlı cavab", və "Dağlıq Qarabağ və tarixi həqiqətlər" mövzularında məruzələri dinlənilmişdir.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etmişlər ki, akademik Ramiz Mehdiyevin bu kitabı təkcə erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu kitabın dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar, xüsusən, konfliktoloqlar üçün qiymətli mənbə olduğu vurğulanmışdır.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında