Səyyar görüşlər problemlərin operativ həllində böyük rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair bu il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə zamanı verilən tapşırıqlar layiqincə yerinə yetirilir. Dövlətimizin başçısı görülən işlərlə yerində tanış olmaq üçün mütəmadi olaraq paytaxtətrafı qəsəbələrdə olur, sakinlərlə görüşür, əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verir.
Yasamal rayonunda da son vaxtlar abadlıq işləri geniş vüsət alıb. Təkcə 2011-ci ilin ötən dövrü ərzində rayonun məhəllədaxili ərazilərində 40 min kvadratmetr asfalt örtüyü salınmış, Mətbuat, Moskva, Tbilisi, prospektlərində, Ş.Qurbanov, Z.Əhmədbəyov, C.Cabbarlı, M.Xiyabani, M.Müşfiq, F.Ağayev və digər küçələrdə 75 min kvadratmetrdən artıq asfalt örtüyü yenidən salınaraq, səki daşları dəyişdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev tərəfindən mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin dərhal aradan qaldırılması üçün müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir. Artıq ənənəvi hal almış səyyar görüşlərdə rayonun hüquq-mühafizə orqanları, MKİS, evlər idarələri, rayonun xidmət sahələrinin rəhbərləri, bələdiyyə üzvləri və digər təşkilatların rəhbərləri iştirak edirlər. Sakinlər belə görüşlərin tez-tez keçirilməsindən razılıq edir, problemlərin dərhal aradan qaldırılmasına görə minnətdarlıqlarını bildirirlər.
Dünən Yasamal rayonu Ə.Əhmədov küçəsi, 3 saylı binanın həyətində rayon icra hakimiyyətinin başçısı İ.Mehdiyev sakinlərlə növbəti səyyar görüş keçirilmişdir. Onu da qeyd edək ki, hazırda rayonun Ə.Əhmədov küçəsi 3 saylı, Yeni Yasamal-1, ev 5 və 6-nın, Yeni Yasamal -1, ev 7 və 8-in, Xiyabani küçəsi, ev 6 və 8-in həyətlərində geniş abadlıq işləri aparılır və bu işlər cari ilin may ayının 28-nə - "Respublika Günü"nə qədər başa çatdırılacaqdır.
Qeyd edilən həyətlərə 5540 kvadratmetr asfalt örtüyü salınacaq, 5 min kvadratmetrdən artıq binaların fasad hissələri rənglənəcək, binaların girişlərində 33 ədəd giriş qapısı dəyişdiriləcək, 46 ədəd oturacaq (skamya), 10 ədəd günlük, 3 ədəd su püskürən, 11 ədəd uşaq əyləncə qurğusu, 8 ədəd idman qurğusu quraşdırılacaq, 9000 kvadratmetr sahəyə üzlük döşəmə daşı döşənəcək, 540 kvadratmetr istinad divarı tikiləcək, digər bəzək tamamlama işləri aparılacaq.
Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi və sağlam böyümələri üçün tikilən mini futbol və digər idman növləri stadionu böyük rəğbətlə qarşılanıb. Məhəllənin balaca sakinləri mini stadionun açılışını böyük səbirsizliklə gözləyirlər.
Görüş zamanı vətəndaşların qaldırdıqları problemlərin həlli istiqamətində rayon icra hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatlara yerindəcə tapşırıqlar verildi və onların həlli rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən nəzarətə götürüldü. Sakinləri ən çox maraqlandıran məsələlərdən biri rayonun abadlaşdırılması məsələsidir. Ötən illər ərzində rayon ərazisində aparılan abadlıq işlərinə görə sakinlər rayon rəhbərlərinə öz razılıqlarını bildirməklə bu işlərin daha da genişləndirilməsini xahiş etdilər.
Onu da qeyd edək ki, son illər Yasamal rayonu ərazisində 40-a yaxın yaşayış məhəlləsində nümunəvi həyət kampaniyası keçirilib. Bu zaman ərazidə yaşayan sakinlər üçün hər cür şərait yaradılmış, məhəllənin işıqlandırılması, su, qaz, kanalizasiya və digər problemləri aradan qaldırılmışdır.
Səyyar görüş zamanı rayon rəhbərliyi sakinləri bir daha əmin etdi ki, gələcəkdə belə işlərin davam etdirilməsi daha geniş vüsət alacaq.

{nl}

Əliqismət BƏDƏLOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında