MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsi "Heydər Zirvəsi"nə qalxmışdır

Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "Heydər Zirvəsi"nə qalxmışlar.
MTN-nin İctimai əlaqələr mərkəzindən "Trend"ə verilən məlumata görə, xüsusi təyinatlıların Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən, hündürlüyü 3 751 metr olan və ümummilli lider Heydər Əliyevin adını daşıyan "Heydər Zirvəsi"nə yürüşü mayın 7-də Bakı şəhərində Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarətdən başlanıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb.
Yürüş iştirakçıları mayın 9-da ulu öndərin adını daşıyan "Heydər Zirvəsi"nə qalxaraq, ümummilli liderin barelyefi önünə gül dəstələri qoyub və Azərbaycanın dövlət bayrağını zirvəyə sancmışlar.
Artıq ənənə halını almış belə tədbirlər ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsi olmaqla yanaşı, Azərbaycanda idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında