Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun ədalətli həllini tapmalıdır

Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu mayın 12-də Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti ilə görüşmüşdür. 
Milli Məclis sədrinin müavini və nümayəndə heyətinin rəhbəri B.Muradova demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-lə əməkdaşlığa xüsusi önəm verir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda demokratiya və parlamentarizm ənənələrinin tarixi 90 ildən çoxdur. Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qısa müddət ərzində böyük iqtisadi uğurlar qazanılmış, enerji təhlükəsizliyi təmin edilmiş, karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılmasına nail olunmuşdur. Hüquqi, siyasi, mədəni, humanitar sahələrdə həyata keçirilən islahatlar ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğuna və demokratiyanın inkişafına böyük töhfələr vermişdir.
Ümummilli lider Heydər Əliyevin "İqtisadi cəhətdən təmin olunmayan vətəndaş özünü heç vaxt azad hesab edə bilməz" kəlamını xatırladan Milli Məclis sədrinin müavini bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, vətəndaşlar Konstitusiya ilə təsbit olunan bütün hüquqlarını sərbəst şəkildə reallaşdırmaq imkanlarına malikdirlər.
Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün ATƏT PA rəsmisinə təşəkkürünü bildirmiş və Assambleyanın münaqişə ilə bağlı ayrıca qətnamə qəbul etməsinin vacibliyini vurğulamışdır.
Petros Eftimiu ATƏT PA-nın sədri qismində Azərbaycana ilk səfərindən məmnun qaldığını söyləyərək demişdir ki, müasir dünyamızda böyük təhlükələr və qeyri-sabitlik mövcuddur. Təhlükəsizlik geniş və hərtərəfli xarakterə malik məsələdir. Avropanın qərbində bu təhlükəsizliyi NATO və Avropa İttifaqı təmin edir. Lakin Avropanın digər hissəsi də var və bu region bütövlükdə Avrasiya adlanır. ATƏT yeganə təşkilatdır ki, Qərblə Şərqi özündə birləşdirir. Yerləşdiyi regionun lideri olan Azərbaycan bu prosesdə mühüm rol oynayır.
Petros Eftimiu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, Cənubi Qafqazda sülh və sabitlik təkcə regionun xalqları üçün deyil, bütövlükdə Avropa üçün də olduqca əhəmiyyətlidir.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini diqqətə çatdıran Petros Eftimiu ATƏT-in bunun üçün lazımi format rolunu oynaya biləcəyini söyləmişdir.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov Minsk qrupunun fəaliyyəti ilə bağlı Parlament Assambleyasına hesabat verməli olduğunun zəruriliyini qeyd etmişdir.
Petros Eftimiu Parlament Assambleyasının Belqradda keçiriləcək yay sessiyasında belə bir hesabatın ATƏT-in Minsk qrupu tərəfindən verilməsinə çalışacağını vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında