Makedoniya Azərbaycanın gömrük təcrübələrindən faydalanmaq niyyətindədir

Mayın 12-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizdə səfərdə olan Makedoniyanın Gömrük Administrasiyasının (DGK) rəhbəri Vanço Karqov və gömrük təlim idarəsinin rəhbəri Zlatko Veterovski ilə görüşmüşdür.
Görüşdən əvvəl qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.
Daha sonra DGK-da görüş keçirilmişdir. Komitənin sədri Aydın Əliyev Azərbaycanda gömrük sisteminin yaradılması barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan gömrük sahəsinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Makedoniya ilə işgüzar əlaqələrə toxunan DGK-nın sədri hər iki ölkənin Dünya Gömrük Təşkilatına üzv olduğunu, bu çərçivədə ötən il həyata keçirilən gömrük tədbirlərinin peşəkarlığın artırılması istiqamətində qarşılıqlı sənəd imzalandığını da xatırlatmışdır.
Vanço Karqov ölkəsinin gömrük sahəsindəki problemlərinin həllində azərbaycanlı həmkarlarının təcrübələrindən faydalanmaq istədiklərini dilə gətirmişdir. Qonaq vurğulamışdır ki, gömrük prosedurlarının sadələşdirilməsi və axtarış əməliyyatlarının gücləndirilməsi sahəsində əməkdaşlıq hər iki ölkə üçün son dərəcə vacibdir.
Görüşdə Makedoniyanın da Azərbaycan kimi "bir pəncərə" sistemi ilə fəaliyyət göstərdiyi, ölkənin Avropa İttifaqında bu sistemin tətbiqi ilə yaradılmış işçi qrupunun üzvü olduğu diqqətə çatdırılmışdır. Həmçinin Azərbaycan və Makedoniya arasında kinologiya sahəsində əməkdaşlığın davam etdirilməsi təklif olunmuşdur.
Görüşdən sonra qonaqlar Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi ilə də tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında