İstanbulda Türkiyə və Azərbaycan iş adamlarının toplantısı olmuşdur

Türkiyənin Xarici İqtisadi Əlaqələr Kurulu nəzdində fəaliyyət göstərən Türk-Azərbaycan Biznes Şurası İstanbuldakı Ləvənt Biznes Qülləsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının iştirakı ilə toplantı keçirmişdir. Toplantıda iki qardaş ölkənin biznes qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.  
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türk-Azərbaycan Biznes Şurasının sədri Çingiz Gül və ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov hər iki ölkə rəhbərliyinin iqtisadi-ticari əlaqələrin güclənməsinə verdiyi böyük əhəmiyyətdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs etmişlər. Qeyd olunmuşdur ki, bu il aprelin 15-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan Biznes Forumunda da vurğulandığı kimi, cari ildə iqtisadi əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. 2011-ci ilin ilk iki ayında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları keçmişdir. İlin sonunadək bu rəqəmin 3 milyard dollara çatacağı gözlənilir. Başqa proqnozlara görə, tərəflərin böyük potensialı nəzərə alınaraq, ticarət dövriyyəsi 5 milyard dollara da yüksələ bilər. Bütün bunlar iki ölkənin rəhbərliyinin və sərmayədarlarının səyləri nəticəsində mümkün olmuşdur.
Azərbaycan və Türkiyənin müxtəlif şirkətlərinin rəhbərləri şam süfrəsi arxasında konkret əməkdaşlıq layihələrini də müzakirə etmiş, yeni təkliflərini səsləndirmişlər.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında