Azərbaycan Cənubi Qafqaz regionunda önəmli dövlətlərdən biridir

Milli Məclisin sədri Oqtay Əsədov mayın 12-də ölkəmizdə səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşmüşdür. 
Oqtay Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Ümid edirik ki, sizin bu səfəriniz Azərbaycan ilə ATƏT arasında əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcəkdir.
Petros Eftimiu demişdir ki, Azərbaycan sadəcə ATƏT-in fəal üzvü deyildir. O həm də, Cənubi Qafqaz regionunda önəmli dövlətdir. Ona görə bu səfər bizim üçün çox əhəmiyyətlidir. ATƏT də çox vacib siyasi forumdur. ATƏT PA-da olduqca səmərəli müzakirələr, təcrübə mübadiləsi aparılır. İnanırıq ki, qarşılıqlı səfərlərimiz və görüşlərimiz əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşdə ATƏT PA ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında