Qriqori Karasin: Heydər Əliyev sözün həqiqi mənasında dahi insandır

"İnsan haqqında xatirələr yaşadıqca insan özü də yaşayır. Heydər Əliyev nadir şəxsiyyət, böyük siyasətçi, Azərbaycanı sevən və Azərbaycan üçün çox işlər görmüş bir insandır". Bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil edilmiş tədbirdə söyləmişdir. 
Onun sözlərinə görə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev müdriklik və mərdlik mücəssəməsi idi. Rusiya xarici siyasət idarəsinin rəhbərinin müavini çıxışının sonunda demişdir: "Heydər Əlirza oğlu Əliyev sovet dövründə uzun müddət Azərbaycanın rəhbəri olmuşdur. O, ölkənin suverenliyinin təşəkkülünün ən gərgin dövründə 10 il Azərbaycana rəhbərlik etmiş, bu dönüş anında Azərbaycanı çox dramatik, faciəli hadisələrdən xilas etmişdir. O, sözün həqiqi mənasında dahi insandır. İstərdim ki, Heydər Əliyevə xas olan mərdlik, prosesləri aydın görmək qabiliyyəti Azərbaycanın indiki lideri İlham Heydər oğlunun şəxsində bu ölkənin rəhbərliyinə həmişə xas olsun. Mən Heydər Əliyevin xatirələrinə, onun nitqlərinə əsasən yaxşı xatırlayıram ki, o, Rusiya Federasiyası ilə münasibətləri həmişə xüsusi münasibətlər kimi - strateji, tərəfdaşlıq münasibətləri kimi deyil, məhz bir-birinə çox yaxın, qohum olan iki dövlətin, iki xalqın münasibətləri kimi qiymətləndirirdi".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında