Svetlana Orlova: Heydər Əliyev nadir şəxsiyyət və böyük siyasətçidir

"Heydər Əlirza oğlu Əliyev nadir şəxsiyyət, nəhəng siyasətçi, öz ölkəsi üçün çox böyük işlər görmüş insandır". Bu sözləri Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Svetlana Orlova Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil edilmiş tədbirdə söyləmişdir. 
S.Orlova Azərbaycan xalqının ümummilli lideri haqqında xatirələrini bölüşərək demişdir: "Keçirilən sanballı görüşlərin praktiki olaraq hər birində Heydər Əliyev yada düşür". Onun sözlərinə görə, Heydər Əliyev tərəfindən başlanılmış böyük, ciddi iş bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada davam edir.
Svetlana Orlova çıxışının sonunda demişdir: "Müstəqil Azərbaycanın 20 yaşı tamam olur, bu hadisə də Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir il, hər bir tədbir onun adı ilə bağlıdır, çünki onun xatirəsi yaşayır. Kitablar nəşr edilir, sərgilər keçirilir, başlıcası budur ki, gənclər onu unutmurlar. Mən Azərbaycanda olanda Bakının necə dəyişməsinə təəccüblənirəm. Düşünürəm ki, 5 ildən sonra o, Parislə rəqabət aparacaqdır. Çox yerdə Heydər Əliyevin portreti asılmışdır. Bu, mənə çox xoş təsir bağışlayır. Elə təsəvvür yaranır ki, o, dünyasını dəyişməmişdir, bu gün də Azərbaycanla birgə yaşayır, respublikada baş verən hadisələrdə iştirak edir. Yaddaş çox mühüm amildir, əgər yaddaş varsa, deməli ölkə yaşayır, tarix yaşayır, ənənələr yaşayır. Bugünkü günümüz də ona dəlalət edir ki, biz bu istedadlı siyasətçini, təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də dərin hörmət qazanmış Heydər Əliyevi ömrümüz boyu xatırlayacağıq, şəxsən mən onu daim xatırlayacağam".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında