Yol-nəqliyyat hadisələrində xəsarət alanlara ilkin yardım göstərilməsi məqsədi ilə avtomobillərlə növbəli xidmət fəaliyyətə başlamışdır

Yol-nəqliyyat hadisələrində xəsarət alanlara ilkin yardım göstərilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyində avtomobillərlə növbəli xidmət yaradılmışdır. 
Bunu jurnalistlərə müsahibəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.
Nazir bildirmişdir ki, respublikanın magistral və digər yollarında baş vermiş hər hansı yol-nəqliyyat hadisəsi zamanı yaralılara ilkin yardım göstərmək, onları xilas etmək üçün biz 5 magistral yolda növbəli xidmət təşkil etmişik. Xidmət artıq bu gündən fəaliyyətə başlamışdır. Avtomobillərlə növbəli xidmət nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, regional mərkəzlərin, həmçinin digər qurumların xilasedicilərindən ibarətdir. Xidmət Azərbaycanın bütün bölgələrinin magistral yollarında, Bakı şəhərinin və Abşeron yarımadasının bütün girişlərində yerləşdiriləcəkdir. Burada xüsusi texnika ilə təchiz olunmuş avtomobillər xidmət edəcəkdir.
Bu yeniliyi tətbiq edəndən sonra hər hansı bir avtomobil qəzası üzrə xilasetmə işlərində keyfiyyət daha da yüksələcək və yaralılar az zərər çəkəcəkdir. Xidmət aparan nəqliyyat vasitələri müasir texnika ilə təchiz edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında