Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin başlanmasına həsr olunmuş mərasim keçirilmişdir

Mayın 11-də Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin başlanmasına həsr olunmuş mərasim keçirilmişdir. 
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə çoxsaylı tədbirlərin keçirildiyini bildirmiş və Heydər Əliyevin ölkəmizin tarixindəki misilsiz rolundan danışmışdır.
Rektor demişdir ki, ümummilli lideri olan xalq xoşbəxtdir. Xalq o zaman firavan ola bilər ki, ümummilli liderin siyasəti layiqincə davam etdirilsin. Azərbaycanlılar həmin xoşbəxt insanlardandırlar. Azərbaycan Prezidenti İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmizin bayrağı daim yüksəklərdə olur. Ulu öndərin doğum günü hər birimiz üçün tarixi bir gündür. Həmin gün hər kəs sevincini bir-biri ilə bölüşür və təşəbbüs irəli sürür. Bu baxımdan mən Milli Məclisin təşkilatçılığı ilə keçirilən "Parlament kuboku-2011" futbol turnirini yüksək qiymətləndirirəm.
Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ümummilli liderin xatirəsinə həsr olunmuş turnirin əhəmiyyətindən danışmış və ölkəmizdə idmanın həmişə inkişafda olduğunu vurğulamışdır. Z.Əsgərov demişdir ki, futbol artıq ölkəmizdə dövlət siyasətidir. Yaxşı elm və təhsil almaqla yanaşı, insanın sağlamlığında da mühüm rol oynayır. BDU-nun fakültələrarası və dövlət strukturları arasında keçirilən futbol turnirləri yerində atılmış bir addımdır. Bu yarışların keçirilməsi ilə biz bir daha ulu öndəri xatırlayır və Azərbaycan gəncliyinin futbola olan marağını ifadə edirik.
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev ümummilli liderin anadan olmasının 88-ci ildönümü münasibətilə ölkəmizdə idman yarışlarının keçirilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısının əhəmiyyətindən, idmançılarımızın beynəlxalq turnirlərdə ölkəmizin şərəfini layiqincə qorumasından danışmışdır.
Azərbaycanın dövlət himni səsləndikdən sonra mərasim konsert proqramı ilə davam etmişdir.
Açılış mərasimindən sonra turnirin ilk qarşılaşması Konstitusiya Məhkəməsi ilə Milli Məclisin komandaları arasında keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında