Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının yeni hərbi hissəsinə baxış keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi bir vaxtda - mayın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Səngəçaldakı yeni hərbi hissəsinə baxış keçirilmişdir.
Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra nazir çıxış edərək bildirmişdir ki, Mülki Müdafiə Qoşunlarının hərbi hissələri, onların bölükləri və digər qurumları ölkə ərazisində baş verə biləcək hər hansı hadisəyə anında reaksiya vermək üçün ən müasir texnikalarla təchiz olunmuşlar. Qurumun yüksək biliklərə malik olan canlı qüvvələri vardır.
Kəmaləddin Heydərov demişdir ki, 2005-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayarkən Mülki Müdafiə Qoşunlarının ayrıca statusunu müəyyənləşdirmişdir. Bu qoşunlar həqiqətən ölkədə hər hansı təbii, texnogen qəzalar baş verərkən xilasetmə işlərində ən aparıcı rol oynayan qurumlardan birinə çevrilmişdir.
Belə hərbi hissələrin regionlarda da inşa edildiyini deyən nazir vurğulamışdır ki, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti ölkədə baş verə biləcək bütün hadisələrin nəticələrinin aradan qaldırılmasına layiqincə kömək edəcəkdir. Bütün hərbi hissələrin şəxsi heyəti Prezident İlham Əliyevə daim sədaqət rəmzi olaraq bunu öz əməli işləri ilə sübut edəcəklər.
Sonra əsgər və zabit heyətinin sıra keçidi olmuşdur.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hərbi hissədə yaradılmış şəraitlə tanış olmuşdur. Ərazisi ümumilikdə 12 hektar olan hərbi hissədə qərargah, əsgər yataqxanası, tədris korpusu, tibb məntəqəsi, yeməkxana və nəzarət-buraxılış məntəqəsi vardır. Nazir zərərçəkənlərin təxliyəsi üçün istifadə edilən xüsusi avadanlıqla təchiz olunmuş vertolyota baxmışdır.
Sonra nazir Kəmaləddin Heydərovun iştirakı ilə qəza-xilasetmə dəstlərinə məxsus maşınlara baxış keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında